“Ermənistan o qədər alçaldılmış ölkəyə çevrilib ki, ölkəmizin Konstitusiyası məsələsini Paşinyan Ermənistanın düşməni olan Azərbaycanın rəsmiləri ilə müzakirə edir”. Tribunainfo.az xəbər verir ki, bu sözləri politoloq Qaqik Hambaryan deyib.
O bildirib ki, İrəvan rəsmiləri əksər məsələlərdə Bakı ilə məsləhətləşərək, addım atır. “Əminliklə deyirəm ki, Nikol digər məsələlərlə bağlı da Əliyevin müşavirlərindən “dabro” alaraq, hərəkət edir”.