Rejissor Pablo Larrain, Ancelina Colinin rol aldığı “Mariya” filmində Haluk Bilginer də rol alacaq. Ustad aktyorun “Mariya” filmindən aldığı maaş açıqlanıb.
Tribunainfo.az Haber Global-a istinadən xəbər verir ki, Ssenarisini Stiven Naytın yazdığı “Mariya” 1970-ci illərdə Parisdə Mariya Kallasın həyatından və yaşadığı dərin tənhalıqdan bəhs edəcək.
Haluk Bilginerin Hollivud ulduzu Ancelina Colinin yeni filmində rol alacağı xəbəri sosial medianı silkələdi. Filmin çəkilişləri başlayan kimi maaş təfərrüatları da aktual mövzuya çevrilib.
Haluk Bilginerin bu rola görə 800 min dollar (22 milyon TL) alacağı öyrənilib.