Hollivud ulduzu Anjelina Colinin rol alacağı filmdə Türkiyənin məşhur aktyoru Haluk Bilginer də iştirak edib.
Tribunainfo.az xəbər verir ki, Haluk Bilginer filmdə yunan əsilli gəmi sahibi və iş adamı Aristotel Onassisi canlandıracaq.
Çəkilişlərinə bu ay Budapeştdə başlaması planlaşdırılan filmin ssenarisini Stiven Nayt yazıb.
Film Marianın 1970-ci illərdə Parisdəki tənhalığının son günlərindən bəhs edəcək.