Müsəlman qadınların seks həyatından zövq alması lazım olduğunu başlıca mövzu edən 54 səhifəlik kitab çap edilib.
Müsəlman qadınların seks həyatından zövq alması lazım olduğunu başlıca mövzu edən 54 səhifəlik kitab çap edilib.
TİA.AZ xəbər verir ki, kitabın müəllifi öz adını gizlədərək Umm Muladhat ləqəbindən istifadə edib.
İngiltərənin “Qardian” qəzetinə müsahibə verən müəllif kitabının əxlaqsızlıq təbliğ etməsi rəylərini aldığını deyib:
“Kitabımın əxlaqsızlığı təbliğ etdiyini deyən bir qadın cəmiyyətin bu kitaba ehtiyacı olmadığını, gənc qızların isə mövzu haqqında hər şeyi analarından öyrəndiklərini dedi. Doğrusu, bir ananın qızına belə şeyləri mənim kimi izah etdiyinə inanmıram”.
Bəzi müsəlman qadınlar təşkilatları kitabı müsbət qarşılayıb və kitabın qadınlara azadlıq qazandıracağını, cinsi təzyiqlərə məruz qalmayacağını açıqlayıb.
Kitabda müsəlman qadınların yalnız həyat yoldaşları ilə cinsi əlaqə qurmaları vurğulanıb.