“Bazarstore”da az öncə vitrində Manqalüstü sosislərini 10 manat 79 qəpiyə görüb aldım. Kassada ödənişi etdim və marketdən çıxdım. Amma çıxılan puldan ürəyimdə xal qaldı ki, elə bil çox oldu. Çekə baxıram ki, endirimə düşən sosisləri elə əvvəli qiymətinə, 13 manat 49 qəpiyə qoyublar.
Tribunainfo.az xəbər verir ki, “Bazarstore” marketin saxta endiriminin şahidi olan Ruslan Abbasovu market işçiləri günahkar çıxarıb:
“Qayıtdım marketə , kassirə bildirdim. Deyir, dəqiq bu sosislərdir endirimdə gördüyünüz? Ərinmədim şəklini çəkdim, gətirib göstərdim. Bir bəy əməkdaş yaxınlaşdı (vəzifəlilərindən idi deyəsən), hiss olunurdu ki, yeni işçidir. Hər şey bir yana , mənə verdiyi izaha baxın. Deyir, bunlar endirimdə deyil. Deyir, bu halaldır, endirimdə olan isə haram idi, o da bitib.
Yəni “Halal nemət 1000 bərəkətin” haram adı ilə buraxdığı sosislər də var? Lap elə tutaq ki, var, müştəri vitrinə baxıb bunu necə müəyyən etsin ki, siz haramı endirimə salmısız?. Məncə, bu işdə “Bazarstore”un maxinasiyası var. İstənilən halda diqqətli olaq”.