Halal ət necə olmalıdır – Tələblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanın əmtəə bazarında xarici ölkələrdən idxal olunan bir çox mallar halal markası ilə satılır. Ancaq əksər hallarda istehlakçılar aldadılır. 

Bu gün Azərbaycanın əmtəə bazarında xarici ölkələrdən idxal olunan bir çox mallar halal markası ilə satılır. Ancaq əksər hallarda istehlakçılar aldadılır.

Bu sözləri Axar.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov halallıq sertifikatı ilə bağlı danışarkən deyib. Onun özlərinə görə, həqiqi halal mal nişanı ilə istehsal olunan mallara bütün dünya ölkələrində “ekoloji təmiz mal” kimi baxılır və böyük tələbatla alınır:

“Halal mal istehsal edən müəssisənin maliyyə mənbələri də halal olmalıdır. Halal sertifikatlaşdırma beynalxalq təcrübədə geniş istifadə olunur. Onun əsas mahiyyəti istehsalçının tətbiq etdiyi halal standartlarını yoxlayaraq məhsulun halal qaydalara uyğun gəlməsini təsdiq edən bir sənəddir. Daha dəqiq desək, halal sertifikatlaşdırma-qida məhsulunun hazırlanmasının, qablaşdırılmasının, eləcə də qida təhlükəsizliyinin idarə edilməsinin (menecmentin), avadanlıqların, infrastrukturun yoxlanılaraq təsdiq edilməsidir”.

E.Hüseynovun fikrincə, Gürcüstan və Ukraynadan halal adı ilə gətirilən ət halal hesab edilə bilməz:

“Kəsim aparılan yerlərdə quraşdırılan avadanlıqlar halal standartlarının tələb etdiyi “Qiblə” istiqaməti ilə düz gəlmir. Həmçinin həmin bu ölkələrdə istehsal olunan ətin müəyyən partiyalarla müsəlmanın kəsdiyini, digər hallarda isə qeyri müsəlmanın kəsdiyinin şahidi oluruq. Bundan başqa, halal hesab edilən ətin halal olmayan ətlə eyni soyuducuda saxlanılması da düzgün deyil. Tələblərdən biri də heyvanı kəsərkən “Təsmiyyə” kəlməsinin yəni “Bismillah və Allahu Əkbər” ifadəsinin işlədilməsidir. Bunu qəssablar tərəfindən edilib edilmədiyi məlum deyil. Ümumiyyətlə, bunun sübuta yetirilməsi üçün müvafiq texniki vasitələr təchiz olunmalıdır, məsələn qəssabın geyiminə kiçik mikrofon looper bərkidilməlidir”.

Ekspert qeyd edib ki, halal standartlarında qida təhlükəsizliyi cox ciddi şəkildə qorunmalıdır. Lakin cox zaman elementar saxlama və daşınma rejimlərinə düzgün riayət edilmir:

“Halal standartında 100-ə yaxın tələb var. Ancaq Gürcüstan, Ukrayna və Hindistandan gətirilən ətlərin sertifikatlarında konkret hansı standarta uyğun olub olması məlum deyil. Beynalxaq təcrübədə bir neçə məşhur standart var ki, (Malaziya və İslam Əməkdaşlıq Təşkilatı OİC:SMİİC standartı) idxal olunan məhsulların bu standartlardan birinə uyğunlaşdırılması lazımdır. Təəssüf ki, ölkə daxilində də istehsalçılar bu şərtlərə riayət etmir”.