“Halal dad” ət və ət məhsulları MMC yol verdiyi nöqsanlar səbəbindən cərimələnib.
Tribunainfo.az xəbər verir ki, “Halal dad” MMC İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsinin tələbini pozub.
Belə ki, tələbi pozulan Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
MMC-nin işinə 4 mart tarixində Nərimanov Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə baxılacaq.
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyni işıqlandırmağa hazırıq.
Nigar