Hakopyan: “Ərazilərimizi Azərbaycana verirlər”

Hakopyan: “Ərazilərimizi Azərbaycana verirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xalqı müharibə ilə qorxudurlar. Nəyin bahasına olursa-olsun sülhü təbliğ edirlər”.

 Tribunainfo.az xəbər verir ki, bunu Yerevan.today saytının baş redaktoru Sevak Hakobyan deyib.

Onun sözlərinə görə, Azərbaycanla sərhəddə sülhün olması İrəvanın əsas təbliğat vasitəsidir. “Deyirlər ki, baxın, sərhədlərdə sülh var. Bu arada, sözsüz ki, ölkənin ərazilərini verirlər, onlara dəhliz verirlər, həm də Ermənistan əhalisinin azərbaycanlıların xeyrinə dəyişdirilməsi məsələsini fəal şəkildə müzakirə edirlər. Bu Nikolun yolu ilə danışıqlardır”.

Fərda Uğur