“Oyunçularımız çox yaxşı oynadılar, sonadək vuruşdular”.
Tribunainfo.az xəbər verir ki, bunu kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev Kosovoya səfərdə 79:81 hesabı ilə uduzduqları dünya çempionatının seçmə mərhələsinin matçı ilə bağlı danışarkən deyib.
Mütəxəssis hakim idarəçiliyindən narazı qalıb:
“Oyundan əvvəl də şansların bərabər olduğunu demişdim. Buna baxmayaraq, uşaqlar sonadək vuruşdular. Qələbə də qazana bilərdik. Ancaq alınmadı. Bu görüşdə hakimlərin qərarları meydan sahiblərinin xeyrinə oldu. Bu da bizə çətinliklər yaradırdı. Buna baxmayaraq, basketbolçular çox yaxşı oynadılar, sonadək vuruşdular. Qalibiyyət əldə etməyi çox istəyirdik, bu dəfə alınmadı”.
Qeyd edək ki, Azərbaycan millisi fevralın 23-də Bakıda İrlandiyanı qəbul edəcək.