“Hakimiyyətin özbaşınalığı…” – erməni deputat Paşinyanı ifşa etdi, faktlar açıqladı

“Hakimiyyətin özbaşınalığı…” – erməni deputat Paşinyanı ifşa etdi, faktlar açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vətəndaşın rifahı vədləri ilə hakimiyyətə gələnlər çox qısa bir zamanda belə qərara gəldilər ki, vətəndaş öz rifahını hər gün artan vergilər, rüsumlar və ödənişlər hesabına təmin etməlidir. Bir tərəfdən yüksək vergi ödəməlidir, digər tərəfdən firavan olmalıdır. Son bir neçə ildə vergilər, rüsumlar və ödənişlər əhəmiyyətli dərəcədə artmışdır. Yaxın gələcəkdə yeni vergi dəyişiklikləri də gözlənilir”. Tribunainfo.az bildirir ki, erməni deputat Elinar Vardanyan hakimiyyəti belə tənqid edib.
“İrəvanda yerli rüsumların dərəcələri və tikintiyə icazələrin alınması üçün rüsumlar kəskin artıb. Artıq tikinti şirkətləri yeni tikililərdə onsuz da əlçatmaz olan mənzillərin qiymətlərinin 10-15 faiz artacağı ilə bağlı xəbərdarlıq edirlər. İnşaatçılar və mənzil alan vətəndaşlar əziyyət çəkəcəklər. 2024-cü ilin sentyabrından taksi sürücüləri əlavə dövlət vergisi ödəyəcəklər. Onlayn sifariş edilən hər bir taksi nəqliyyatı üçün 2026-cı ilə qədər rüsum tutulacaq. Həmçinin taksilərdə nəzarət-kassa aparatları və elektron qəbz tələb olunacaq. Bu da taksi qiymətlərinin qalxmasına səbəb ola bilər”- deputat sosial problemləri açıqlayıb.
O Ddeyib ki, hakimiyyətin hüquqi özbaşınalığına qarşı çıxan hüquq camaatını cəzalandırmaq üçün gizli məqsəd də var: “Xaricə işləmək üçün gedənlərin gəlir vergisi məsələsi açıq qalır. Vergilər təxirə salındı, amma hamıya aydındır ki, “problem törədənlər tezliklə dayanmayacaqlar”. Baş nazirin hökumətin iclasındakı şərhi də məhz bununla bağlı idi: vergi ödəmirsənsə, o zaman “bizim” yollarla getmə, maşın sürmə. Bu ilin yanvar ayından İrəvanın mərkəzində qırmızı xətlərdən istifadəyə görə illik ödəniş 13 dəfə artırılaraq, guya mərkəzdəki sıxlığı aradan qaldırmaq üçün 160 min drama çatdırılıb. Mərkəz boşaldılmadı, əksinə, sürücülər yük altında idi.
Məhkəməyə getmək üçün rüsumlar artıb, yaxın vaxtlarda nəqliyyat qiymətləri qalxacaq, tibbi sığorta sistemi tətbiq olunacaq. Bu hökumətin başında daha hansı icbari ödənişlərin görünəcəyini təxmin etmək nankor bir işdir”.