HAKİMİYYƏTİN HƏDƏFİ GÜCLƏNDİ – RUS ƏSGƏRİ QARABAĞDAN GETMƏLİ…

HAKİMİYYƏTİN HƏDƏFİ GÜCLƏNDİ – RUS ƏSGƏRİ QARABAĞDAN GETMƏLİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan hakimiyyətinin bundan sonrakı addımları Rusiyanın Qarabağda hərbi varlığına necə son qoymaq olacaq. Tribunainfo.az-ın siyasət şöbəsi yazır ki, ötən həftə sonu Brüssel görüşünə Moskvanın reaksiyası bu hədəfi gücləndirir. Vətən müharibəsində məcburiyyətdən neytral qalmağa çalışan Rusiya siyasi -hərbi rəhbərliyi sonrakı dönəmdə imperiya maraqlarını gizlədə bilmir. İndiki halda Türkiyə ilə əlaqələrin də qismən soyuq rüzgarla müşahidə edilməsi göstərir ki, Rusiya ilə imzalanmış sənəd qarşı tərəf üçün suya imza atılmış mürəkkəbdir. Kreml açıq şəkildə ifadə edir ki, Paşinyanın Qarabağı Azərbaycan ərazisi tanıması bizi maraqlandırmır, əsas Rusiyanın buna necə yanaşmasıdır. Moskva isə son açıqlaması ilə bəyan edir ki, Qarabağda baş verənlər yalnız bizim istəklərə uyğun davam etməlidir – yəni münaqişəni davam etdirməlisiniz, çünki rus əsgəri İvan Qarabağda qalmalıdır. Yəni İrəvanın rəsmi mövqeyi də onların vecinə deyil. Ona görə Vilnusda Ərdoğanın rusların gedəcəyi tarixi xatırlatması, ardınca Brüssel görüşü Putin Rusiyasını qətiyyən qane etmir. Hətta 22 fevral strateji bəyannamə də Rusiyanı rahatlaşdırmır, ona görə çomaq soxmağa davam edirlər. O baxımdan Bakının yaxın 2 ildə əsas hədəfi Rusiyadan gələn açıqlamadan sonra daha da qətiləşdi – nəinki erməni ordusu, rus ordusu da Qarabağdan getməlidir…