Məlum olduğu kimi, dünən Azərbaycan və Ermənistan sərhədlərin demarkasiyası prosesini tənzimləyən əsasnaməni təsdiqləyiblər. Tribunainfo.az xəbər verir ki, bu hadisə Ermənistanda daha çox etirazla qarşılanıb.
Xüsusən də müxalifət belə bir sənədin qəbul edilməsini Ermənistanın suverenliyinin təhdid altına düşməsi kimi təqdim edirlər.
Ekspert Avetik Çalabyan bildirib ki, demarkasiya haqqında əsasnamənin ratifikasiya edilməsi Ermənistan üçün bir sıra problemlərə yol açacaq. Onun iddiasına görə, Azərbaycana bu sənəd lazım idi və bunun ardından İrəvana daha çox təzyiqlər edəcək. “Bu sənədi ratifikasiya etməklə hakimiyyət Qarabağdan və Ermənistanın müstəqilliyindən imtina etdi”.
“Hayakve” Hərəkatı isə bəyanat yayaraq bildirib ki, proses dərhal dayandırılmalıdır. “Sərhədin liberallaşdırılması haqqında əsasnamənin ratifikasiyası ilk övbədə Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququna ağır zərbədir”.