HAKİM “YENİ HƏYAT REZİDENS”İN LİFTİNİ NİYƏ QIRIB? – TƏFƏRRÜAT

HAKİM “YENİ HƏYAT REZİDENS”İN LİFTİNİ NİYƏ QIRIB? – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni Hayat” Residence Yaşayış Kompleksində Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiqin yaşadığı binanın liftindəki kartı qırıb atmasının səbəbləri məlum olub.

Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, MTK mənzillərdən aylıq ödənişləri yığmaq məqsədilə liftdən istifadəyə məhdudiyyət qoyub. Sakinlərdən kim ödənişi etmirsə, onun lift kartına blok qoyulur və liftdən istifadə edə bilmir. Bu qanunsuz hərəkətə etiraz olaraq həmin binanın sakini olan hakim liftə quraşdırılan cihazı söküb atıb. Bu da müşahidə kamerasına düşüb və mediada yayılıb.

Əslində isə hakimin davranışı lifti zədələmək yox, məhz bu şirkətin qanunsuz hərəkətinə etiraz etmək olub.

Əldə etdiyimiz məlumata görə, kompleksin bu qanunsuz hərəkəti ilə bağlı Xətai Rayon Məhkəməsinin çıxardığı qərardad var. Məhkəmə qərardadında sakinlərin liftdən istifadəsinə qoyulan məhdudiyyətin aradan qaldırılması göstərilib. Artıq məhkəmənin qərardadı qüvvəyə minib. Lakin MTK tərəfindən icra olunmur. Ona görə də Binəqədi rayon məhkəməsinin hakimi olan binanın sakini, yuxarı mərtəbələrdən birində yaşayan Z.Bağırov çıxış yolunu bu addımı atmaqda görüb