Hakim tələbə yoldaşının işinə baxmaqdan imtina etdi

Hakim tələbə yoldaşının işinə baxmaqdan imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Vəkillər Kollegiyasının keçmiş üzvü Vüqar Poladov və onunla birlikdə ittiham olunan sabiq müstəntiq Misir Əmirovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
TİA.AZ Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra kollegiyanın hakimlərindən biri – Cavid Hüseynov özü-özünə etiraz etdiyini açıqlayıb. O bildirib ki, sabiq müstəntiq Misir Əmirovla tələbə yoldaşı olub və bir müddət onunla bir yerdə işləyib.
Məhkəmə etirazı təmin edib. Proses qeyri-müəyyən günədək təxirə salınıb.
Vüqar Poladov və Misir Əmirov Cinayət Məcəlləsinin 312.2 (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə ittiham elan edilirlər.