Dünən “Əl Cəzirə” kanalına müsahibə verən Türkiyənin XİN başçısı Hakan Fidan İrana açıq mesaj göndərərək, onlara xəbərdarlıq edib. Tribunainfo.az xəbər verir ki, söhbət Suriya məsələsində İranın atdığı addımlardan gedir.
Fidan bildirib. əgər İranın Suriyadakı siyasəti ölkəni qarışdırmaq və sıxıntıya salmaqdırsa, o, bunu düzgün siyasət hesab etməyib. “Əgər siz bir qrupa dəstək verməklə başqa ölkənin daxilində iğtişaşlar yaratmaq istəyirsinizsə, digər ölkələr də müəyyən qruplara dəstək verməklə sizi sıxışdıra bilərlər. İranın malik olduğu resurslar və imkanlar başqaları üçün də mövcuddur. Əgər kimsənin şüşə evinizə daş atmasını istəmirsinizsə, başqalarının evinə daş atmayın”.