HAKAN FİDAN ALMANİYAYA GEDİR

HAKAN FİDAN ALMANİYAYA GEDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici işlər naziri Hakan Fidan Almaniyanın paytaxtı Berlində keçiriləcək “Avropa İttifaqının Genişlənməsi və İslahatları üzrə Xarici İşlər Nazirləri Konfransı”na qatılacaq.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, bəyanatda qeyd olunub ki, Aİ-yə üzv və namizəd ölkələrin dəvət olunduğu Konfransda Aİ-nin genişlənmə strategiyasının əsas dinamikası və həm İttifaqın, həm də namizəd ölkələrin atmalı olduğu addımlar ətrafında fikir mübadiləsi aparılacaq.

Konfransdan əvvəl nazir Fidan Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Baerbok ilə ikitərəfli görüş keçirəcək.

Fidanın konfrans ərəfəsində bəzi həmkarları ilə təmaslar aparacağı gözlənilir.