“Bu gündən özümə söz vermişəm ki, bir daha mətbuatla əlaqə saxlamayacam. Çünki jurnalistlər mənim sözlərimi təhrif edirlər”. “Bu gündən özümə söz vermişəm ki, bir daha mətbuatla əlaqə saxlamayacam. Çünki jurnalistlər mənim sözlərimi təhrif edirlər”.
TİA.AZ bildirir ki, bunu millət vəkili Hadı Rəcəbli Sputnik-ə açıqlamasında deyib. Əməkdaşımız deputata müraciət edərək, ölkəmizdə fahişəliyin leqallaşdırılması ilə bağlı qanunvericilik təşəbbüsünün olub-olmamasına dair fikrini soruşub. O isə deyib ki, jurnalistlərin suallarını belə, eşitmək istəmir və özünə söz verib ki, bir daha onlarla danışmayacaq.
Qeyd edək ki, bir müddət əvvəl parlamentin spikeri Oqtay Əsədov, Milli Məclisin iclasında Hadı Rəcəblini mediaya verdiyi açıqlamalara görə günahlandırıb. “Hadı Rəcəbliyə mən şəxsən demişəm ki, intervü verəndə baxın, görün kimə intervü verirsiniz. Görürsünüz ki, intervü verdiyiniz adam sizin fikrinizi təhrif edir, bir də adama intervü verməyin. Bu sizdə nə xəstəlikdir, intervü vermək, gündəmdə qalmaq?! Hadı müəllim, belə pis çıxmasın, bir çoxlarımız intervü vermək üçün sinov gedirik”, — deyə spiker bildirib.