“İslam Həmrəyliyi İli” və IV İslam Həmrəyliyi oyunları ilə bağlı Hacıqabul rayon Heydər Əliyev Mərkəzində sərgi açılıb və müsabiqə elan olunub.
“İslam Həmrəyliyi İli” və IV İslam Həmrəyliyi oyunları ilə bağlı Hacıqabul rayon Heydər Əliyev Mərkəzində sərgi açılıb və müsabiqə elan olunub.
Sərgidə İslam dininin atributları, Mərkəzin rəsm kursunun və həvəskar rayon gənclərinin rəsmləri nümayiş olunur.
Hazırda Mərkəzin rəsm kursunu üzvləri müsabiqə üçün yeni rəsmlərin üzərində işləyirlər.
Sərgi may ayının sonuna qədər davam edəcək. Sərgidəki eksponatlar mütəmadi olaraq yenilənir.Sərgi mərkəzə gələnlərin böyük marağına səbəb olur.Mərkəzin bələdçisi sərgiyə tamaşa edənlərə “İslam Həmrəyliyi İli” və IV İslam Həmrəyliyi oyunları haqqında geniş məlumat verir.