TİA.AZ xəbər verir ki, bu gün Hacıqabul rayon Heydər Əliyev Mərkəzində rayonun Mədəniyyət işçilərinin növbəti aylıq seminar-müşavirəsi keçirildi. TİA.AZ xəbər verir ki, bu gün Hacıqabul rayon Heydər Əliyev Mərkəzində rayonun Mədəniyyət işçilərinin növbəti aylıq seminar-müşavirəsi keçirildi.
Seminarda rayonun mədəniyyət sahəsində çalışan əməkdaşları iştirak etdi. Seminarda aprel ayı ərzində görülmüş işlər müzakirə olundu.Həmçinin seminar gedərkən ekranda rayonun mədəniyyət müəssisələrində son 4 ay ərzində keçirilmiş tədbirlərin şəkilləri nümayiş olundu. Sabirabad regional Mədəniyyət və Turizm idarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Elnur Əmiraslanov çıxış edərək mədəniyyət işçilərinə növbəti ay ərzində görüləcək işlər və tədbirlərlə bağlı müəyyən tapşırıqlar verdi.