Hacıqabulda ağır yol qəzası baş verib.
Hacıqabulda ağır yol qəzası baş verib.
TİA.AZ xəbər verir ki, qəza Bakı-Qazax yolunun 115-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində baş verib. Məlumata görə, paytaxt istiqamətində hərəkət edən “99 HF 830” dövlət nömrə nişanlı “Ford” markalı mikroavtobus yoldan çıxaraq aşıb.
Qəza nəticəsində 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Ölənlərin iki qardaş və onların anası olduğu müəyyən edilib. Onlar: Ucar rayonu Müsüslü kənd sakinləri 1994-cü il təvəllüdlü Abdullayev Hamil Şükür oğlu (sürücü), 1989-cu il təvəllüdlü Abdullayev Samir Şükür oğlu, 1966-cı il təvəllüdlü Abdullayeva Gülzar Knyaz qızıdır. Qəza nəticəsində xəsarət alan 6 yaşlı oğlanın Abdullayev Samirin oğlu olduğu bildirilir.