Hacıqabulda bir gündə əmioğlulardan biri intihar etdi – digərini maşın vurdubackend

Hacıqabulda bir gündə əmioğlulardan biri intihar etdi – digərini maşın vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hacıqabulda iki əmioğlu eyni gündə ölüb, biri intihar edib, digərini maşın vurub.

Tribunainfo.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Hacıqabul rayon sakini, 2000-ci il təvəllüdlü Şərəfxan Mehti oğlu Ələkbərov özünü Ağacanlı kəndinin ərazisində yerləşən Xilə meşəsində ağacdan asaraq intihar edib.

Qeyd edək ki, digər hadisə səhər saatlarında Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Naməlum avtomobil Hacıqabul sakini, 2001-ci il təvəllüdlü Ələkbərov Röyal Abuzər oğlunu vuraraq öldürüb. Hər iki faktla bağlı araşdırma aparılır.