Hacıqabulda 11 yaşlı uşağı qatar vuraraq öldürdü

Hacıqabulda 11 yaşlı uşağı qatar vuraraq öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 15:30 radələrində Hacıqabul-Pirsaat istiqamətində hərəkətdə olan qatarın qarşısına yeniyetmə oğlan çıxıb.

Bu barədə  ADY-nin mətbuat xidmətindən məlumat verilib.

Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub və həmin şəxs aldığı xəsarətdən vəfat edib.

Hadisə aidiyyəti üzrə araşdırılır.

“Azərbaycan Dəmir Yolları piyadalara bir daha xəbərdarlıq edir ki, dəmiryol xəttini yalnız təyin olunmuş yerlərdən keçsinlər, sağa və sola baxaraq qatarın gəlmədiyinə əmin olduqdan sonra hərəkətə davam etsinlər”.

***

Hacıqabulda 2014-cü il təvvəllüdlü Qaçaylı Yusif Malik oğlunu qatar vuraraq öldürüb.

Hadisə Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb.

Yeniyetmə aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır.