Hacıqabul rayon Mədəniyyət Mərkəzində “Bəla” adlı tamaşa göstərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hacıqabul rayon Mədəniyyət müəssisələrinin tədbirlər planına uyğun olaraq vaxtaşırı bəşəriyyətin bəlası olan narkomaniya və zərərli vərdişlərlə əlaqədar “Narkomaniyaya yox deyək” devizi altında müxtəlif tədbirlər keçirilir.  Hacıqabul rayon Mədəniyyət müəssisələrinin tədbirlər planına uyğun olaraq vaxtaşırı bəşəriyyətin bəlası olan narkomaniya və zərərli vərdişlərlə əlaqədar “Narkomaniyaya yox deyək” devizi altında müxtəlif tədbirlər keçirilir. 

Belə tədbirlərdən biri də bu gün Hacıqabul rayon MKS-nin 19 saylı Qarasu kənd kitabxana fililının müdiri Şamil Azadovun ssenarisi əsasında hazırlanmış “Bəla” tamaşasıdır. Rayon Mədəniyyət mərkəzində təşkil olunan tədbirdə rayon İcra Hakimiyyətinin, rayon Polis şöbəsinin, Gənclər və İdman İdarəsinin əməkdaşları, mədəniyyətişçiləri, müəllimlər və şagirdlər iştirak etmişlər. Tamaşanın nümayişindən əvvəl Qarasu kənd kitabxana filialının müdiri Şamil Azadov tədbiri giriş sözü ilə açaraq, narkomaniyanın fəsadlarından, sağlam həyat tərzi istiqamətində maarifləndirməninvacibliyindən danışmışdır. Tamaşanı şəhərin 2, 5, 9 saylı tam orta məktəbinin 10-cu sinif, Qarasu kəndməktəbinin 6-cı sinif şagirdlərindən bir qrupu canlandırmışdılar.Tədbirin sonunda Sabirabad regional Mədəniyyət və Turizm idarəsinin Hacıqabulrayon üzrə nümayəndəsi Elnur Əmiraslanov, rayon Təhsil şöbəsinin müdiri Şükür Məmmədov, İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanita rməsələlər şöbəsinin müdiri Zeynəb Yunuslu tədbir iştirakçılarına təşəkkürünü bildirmiş, tamaşada rol alan hər kəsi müxtəlif hədiyyələrlə mükafatlandırdı.