backend

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində nigah mərasimi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq ailə günü kimi qeyd olunur.  

15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq ailə günü kimi qeyd olunur. 

Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin təməl daşı hesab olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də Dövlət başçımız İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir.

Ailə Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti üçün həmişə müqəddəsdir. Dövlətimiz cəmiyyətin əsas atributu olan ailənin rifah halının gündən-günə daha da artmasının qayğısına qalmaqla onun müqəddəsliyini bir daha təsdiq edir.

Beynəlxalq Ailə günü münasibəti ilə 15.05.2017-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində nigah mərasimi qeyd olundu.Hacıqabul rayon Qeydiyyat şöbəsinin rəisi Cəfərova Camal Saday qızı tərəfindən 9 cütlüyə nigah şəhadətnaməsi veridi. Sonda Heydər Əliyevin büstünün qarşısında xatirə şəkili çəkildi.