Broyler toyuq istehsalçısı “Hacıqabul Quşçuluq Şirkəti” MMC ilə bağlı cərimə protokolu imzalanıb.Tribunainfo.az xəbər verir ki, “Hacıqabul Quşçuluq Şirkəti” MMC İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
“Hacıqabul Quşçuluq Şirkəti” MMC ilə bağlı iş baxılması üçün Lənkəran rayon Məhkəməsinə göndərilib. 28 dekabr tarixində hakim Elvin Ələsgərovun sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, “Hacıqabul Quşçuluq Şirkəti” MMC 25 oktyabr 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 279 min 713 dollardır. Qanuni təmsilçisi Nemət Babaşov Adışirin oğludur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən