2 mart tarixində ürəktutmasından dünyasını dəyişən ilahiyyatçı Hacı Şahin Həsənlinin məzarına turlar təşkil olunur.
Tribunainfo.az xəbər verir ki, Bakı daxilində müqəddəs hesab edilən yerlərə ziyarət təşkil edən şirkət ziyarət ediləcək yerlər sırasına ilahiyyatçının məzarını da daxil edib.
Məlumatda tur zamanı ilk ziyarət ediləcək yer kimi Hacı Şahin Həsənlinin məzarı qeyd edilib.
Buna insanların müraciətindən sonra qərar verilib.