Hacı Şahin vəfat etdibackend

Hacı Şahin vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış ilahiyyatçı, din xadimi Hacı Şahin vəfat edib.

Tribunainfo.az bildirir ki, bu barədə onun yaxınları xəbər verib. O, səhər saatlarında namaza qalxarkən ürək tutmasından dünyasını dəyişib.

İlahiyyatçının Feysbuk səhfəsində bildirilib: “Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bu gün səhər saatlarında Hacı Şahin Həsənli dünyasını dəyişdi. İctimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi idi.