Hacı Qalib Salahzadənin oğluna hökm oxunub – 3 il

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Nəsimi rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası davam edib.

APA-nın məlumatına görə, hakim Şəlalə Həsənovanın sədrlik etdiyi iclasda hökm elan edilib.

Hökmə əsasən, Ə. Salahzadə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən iclas prokuror çıxış edib. O, Ə. Salahzadənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş Elbəy Mirzəyev hər hansı şikayət və tələbinin olmadığını deyib və şikayət ərizəsini geri götürüb.

Ə. Salahzadə bir müddət əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ə. Salahzadə “Azərsu”nun əməkdaşı Elbəy Mirzəyevi döyməkdə təqsirli bilinir.