“Hacı Nuranın qucağındakı körpə 10 milyonuncu sakin deyil”

“Hacı Nuranın qucağındakı körpə 10 milyonuncu sakin deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hacı Nuran Respublika Perinatal Mərkəzində olmayıb və heç bir körpə ilə də şəkil çəkdirməyib”.

Bunu Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin baş həkimi Sevinc Məmmədova deyib.

O qeyd edib ki, həmin körpə dünyaya gələndən sonra Respublika Perinatal Mərkəzinə heç bir jurnalist, yaxud hansısa məşhur şəxs gəlməyib: “Hacı Nuran ümumiyyətlə, burada olmayıb. O, heç buranın ünvanını bilmir. Onun qucağında şəkil çəkdirdiyi  körpə 10 milyonuncu sakin deyil”.

Report