Xəbər verdiyimiz kimi 61 saylı Qusar seçki dairəsi üzrə VII çağırış Milli Məclisə deputatlığa namizəd ehtiyatda olan polkovnik Rəşad Aslanov sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar kütləvi təbliğat-təşviqat kampaniyasını davam etdirir.
XALQ.AZ -a deputatlığa namizəd Rəşad Aslanovun gərargahından verilən məlumata görə, Qusardan iddialı namizəd Rəşad Aslanov seçicilərlə keçirilən görüşdə tanınmış teleaparıcı Hacı Nuran Hüseynov çağırış edib . Tanınmış televiziya aparıcısı,ictimai xadim Hacı Nuran Hüseynov Rəşad Aslanovun dövlətə sədaqətindən xalqımıza xidmətindən danışaraq 44 günlük vətən müharibəsində göstərdiyi sücayətlərini sadalayaraq Zəfərimizi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhraman hərbçilərimiz sahəsində qazandığımızı vurğulayıb. O qusarlılara 1 sentyabr 2024-cü ildə ölkəmizin gələcəyi üçün növbədənkənar parlament seçkilərində deputatlığa namizəd Rəşad Aslanova səs verməyə çağırışını edib.