Hacı İlham Şıxseyidova məxsus “Conco” QSC məhkəməyə verildibackend

Hacı İlham Şıxseyidova məxsus “Conco” QSC məhkəməyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İş adamı Hacı İlham Şıxseyidovun rəhbərlik etdiyi “Conco” QSC məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, “Conco” ilə bağlı iddianı İmanov Nizami Təvəkgün oğlu qaldırıb. İşin mahiyyəti mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələrdir. İddiaçı “Conco” QSC-nin ona vurduğu maddi və mənəvi zərərin ödənilməsini tələb edir.

QSC ilə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 1 noyabr tarixində hakim Namiq Cəfərovun sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, məhkəməyə verilən “Conco” ilə bağlı yaxın günlərdə cərimə protokolu da tərtib edilib. Şirkət İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsini (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) pozub.

Xatırladaq ki, QSC-nin direktoru iş adamı Hacı İlham Şıxseyidovdur. Şirkət Şuşada bərpa-quruculuqla əlaqədar elan edilən milyonluq tenderlərin qalibi olub.

Tərəfləri dinləməyə hazırıq.

Nigar