backend

Hacı Cavad məscidinin tikintisi davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında Bakının Yasamal rayonunda yeni ünvanda Hacı Cavad məscidinin tikintisi davam etdirilir. 
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında Bakının Yasamal rayonunda yeni ünvanda Hacı Cavad məscidinin tikintisi davam etdirilir.

Trend-in məlumatına görə, dövlət başçısının Yasamal rayonundakı Hacı Cavad məscidinin münasib yerə köçürülərək yenidən inşası barədə qərarı dindarlar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Bütün Azərbaycan dindarlarına töhfə olacaq, milli memarlığımızın ən gözəl ənənələrini ehtiva edən məscid binasının tikintisinə Abbas Mirzə Şərifzadə, 1 ünvanında başlanıb.

Yasamal rayon İcra Hakimiyyəti yanında dini komissiyanın üzvü Hacıxan Mirzə Bağırov bu ərazidə məscidin tikilməsinin dindarları çox sevindirdiyini bildirib: “Cənab Prezident İlham Əliyevin tapşırığı əsasında bu məkanda məscidin tikilməsi Yasamal rayon sakinlərinin çoxdankı arzusu idi. Şükür Allaha ki, bu arzu yerinə yetirildi. Biz bu məscidin layihəsi ilə tanış olanda gördük ki, məsciddə dindarların rahat ibadəti və mərasimlərin keçirilməsi üçün hər cür şəraitin yaradılması nəzərdə tutulub”.

O, Hacı Cavad məscidinin sökülmədiyini, sadəcə köçürüldüyünü vurğulayıb: “Məscidin indiki vəziyyətinə görə komissiya təşkil olunub və komissyanın rəyinə əsasən, məscid qəzalı vəziyyətdə olduğuna görə köçürülüb. Bu, sökülmə deyil, köçürülmədir. Buna görə biz Cənab Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”