Haaland qayıtdıbackend

Haaland qayıtdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Siti”nin futbolçusu Erlinq Haaland zədəsini sağaldıb.

Bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola öz açıqlamasında bildirib. O forvardın komanda ilə məşqlərdə iştirak etdiyini deyib:

 

“Erinq Haaland “Bernli” ilə qarşıdakı matçda meydana çıxa bilər. O qayıdıb”.

Xatırladaq ki, norveçli hücumçu ayağındakı zədə səbəbindən dekabrın 9-dan bəri meydana çıxmayıb. Bu mövsüm Haaland “Mançester Siti”nin heyətində bütün turnirlərdə 22 oyuna çıxıb, 19 qol vurub və 5 qolun ötürməsini verib.

Əlavə edək ki, “Mançester Siti” – “Bernli” görüşü sabah keçiriləcək.