“Mançester Siti”nin futbolçusu Erlinq Haaland zədəsini sağaldıb.
Bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola öz açıqlamasında bildirib. O forvardın komanda ilə məşqlərdə iştirak etdiyini deyib:
“Erinq Haaland “Bernli” ilə qarşıdakı matçda meydana çıxa bilər. O qayıdıb”.
Xatırladaq ki, norveçli hücumçu ayağındakı zədə səbəbindən dekabrın 9-dan bəri meydana çıxmayıb. Bu mövsüm Haaland “Mançester Siti”nin heyətində bütün turnirlərdə 22 oyuna çıxıb, 19 qol vurub və 5 qolun ötürməsini verib.
Əlavə edək ki, “Mançester Siti” – “Bernli” görüşü sabah keçiriləcək.