İngiltərə Premyer Liqasının 1-ci turunda “Bernli” ilə oyun (3:0) “Mançester Siti”nin futbolçusu Erlinq Haaland üçün əlamətdar olub.
Tribunainfo.az xəbər verir ki, “şəhərlilər”in ilk iki qolunu Haaland vurub. Norveçli forvard bununla da Avropanın TOP-5 liqasında qollarının sayını 101-ə çatdırıb.
Haaland “Borussiya” (Dortmund) ilə Bundesliqada 62, “Mançester Siti”ylə İngiltərə Premyer Liqasında 39 qol vurub.