Gürcüstanın yeni Prezidenti mitinqlərdə maska taxmağı qadağan edən qanunu imzalayıb

Gürcüstanın yeni Prezidenti mitinqlərdə maska taxmağı qadağan edən qanunu imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili inauqurasiya günü, dekabrın 29-da etiraz aksiyalarında maska taxmağı və lazerdən istifadəni qadağan edən qanunu imzalayıb.

Tribunainfo.az xəbər verir ki, sənəd Gürcüstanın qanunvericilik bülleteni portalında dərc olunub.

Gürcüstan parlamentinin dekabrın 13-də təsdiq etdiyi “Yığıncaqlar və nümayişlər haqqında” qanuna edilən dəyişikliklərə əsasən, “üzü maska və ya digər vasitələrlə gizlətmək” qadağandır.

Qadağan olunmuş əşyalar siyahısına həmçinin etirazçıların tez-tez polis əməkdaşlarının və müşahidə kameralarına qarşı istifadə etdiyi pirotexniki vasitələr və lazerlər də daxil edilib.

Qanun dərc edildikdən sonra qüvvəyə minib.