Gürcüstanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin “NATO Agile Spirit 2017” təlimləri ilə bağlı iddialarına münasibət bildirib.
Gürcüstanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin “NATO Agile Spirit 2017” təlimləri ilə bağlı iddialarına münasibət bildirib.
Virtualaz.org bildirir ki, nazirlik bununla bağlı “Azatutyun radiosu”na yazılı məlumat göndərib. Məlumatda deyilir ki, Ermənistanın Müdafiə Nazirliyi bu ilin iyul ayında təlimlərdə iştirak edəcəyini təsdiqləyib. Ermənistan qabaqcadan razılıq versə də, son anda NATO-nun Gürcüstanda keçirdiyi hərbi təlimlərdən imtina edib.
Gürcüstan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə səlahiyyətli nümayəndəsi Giorgi Kaçaravaya ermənilərin təlimlərdən boyun qaçırdığını deyib.
Erməni rəsmilər isə təlimdə iştirak etməklə bağlı razılıq verdiklərini sonradan danıblar.
Bu qərar son anda qəbul olunub və o qədər gözlənilməz olub ki, Ermənistan bayrağı hərbi təlimin rəsmi nişanı üzərindən götürülməyib.