Gürcüstandan Yunanıstana uçan sərnişin təyyarəsini ildırım vurub.
TİA.AZ Sputnik Qruziya agentliyinə istinadən xəbər verir ki, ildırım vuran təyyarə “Wizz Air” aviaşirkətinə məxsus olub.
Bildirilir ki, təyyarə Gürcüstanın Kutaisi şəhərindən Yunanıstanın Kavala şəhərinə uçurmuş. Hadisə təyyarənin Kavalaya yaxınlaşdığı zaman baş verib.
Ekipajı təyyarəni Sofiyada endirməyə məcbur olub.