Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb

Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Şovi kurort zonası yaxınlığında baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Tribunainfo.az bildirir ki, bu yaxınlarda axtarış-xilasetmə əməliyyatları zamanı daha bir nəfərin cəsədi tapılıb.

Bu gün səhər saatlarında hərbçilər axtarışlara qoşulub. Ərazidə ümumilikdə 400-ə yaxın xilasedicinin çalışdığı bildirilib.

Qeyd edək ki, torpaq sürüşməsi avqustun 3-də günorta saatlarında Gürcüstanın qərbindəki Şovi kurort bölgəsində baş verib.