Gürcüstanın dağlıq Raça bölgəsindəki Şovi kurortunda baş verən sürüşmə nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Beləliklə, qurbanların sayı 28-ə çatıb”, – məlumatda deyilir.
Qeyd olunur ki, hazırda xilasedicilər itkin düşən daha 5 nəfəri axtarır.