Gürcüstanda seçki pozuntusu ilə bağlı 50-yə yaxın iş araşdırılırbackend

Gürcüstanda seçki pozuntusu ilə bağlı 50-yə yaxın iş araşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Gürcüstanda prokurorluq, Daxili İşlər Nazirliyi və Xüsusi İstintaq Xidməti seçki dövründə və seçki günü baş vermiş mümkün cinayətlərin araşdırılmasına başlayıb. 
Tribunainfo.az xəbər verir ki, bu çərçivədə 47 cinayət işi üzrə araşdırmalar aparılır.
Gürcüstan prokurorluğunun açıqlamasına görə, araşdırmalar seçkilərin saxtalaşdırılması, seçici iradəsinə təsir, səsvermənin gizliliyi, rüşvət, jurnalist fəaliyyətinə maneçilik, zorakılıq və hədələr, əmlakın məhv edilməsi və zədələnməsi ilə bağlı mümkün faktlara aiddir.
Araşdırmalara başlanması, müxalif və hakim partiyaların, Mərkəzi Seçki Komissiyasının (MSK) və ictimai təşkilatların müraciətləri ilə yanaşı, mətbuat tərəfindən yayımlanan məlumatlara əsaslanıb.
Hazırda istintaq mümkün cinayətlər barədə məlumatlı şəxslərin sorğusunu aparır, müvafiq ekspertizalar təyin edir, video materialları araşdırır və iştirakçıları müəyyən edir, həmçinin müvafiq istintaq və prosesual tədbirləri həyata keçirir.
Prokurorluq ayrıca Marneuli şəhərində seçki məntəqəsində bületinlərin atılması ilə bağlı iki nəfərin saxlandığını bildirir.
Xatırladaq ki, 30 oktyabrda Gürcüstan prokurorluğu parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı araşdırmalara başlayıb və prezident Zurabişviliyi ifadəyə çağırıb.
Lakin Zurabişvili prokurorluğa gəlməkdən imtina edib. Müxalif partiyalar seçki nəticələrini tanımadıqlarını bildirir, hakim “Gürcü Arzusu” partiyasının nəticələri “oğurladığını” iddia edərək genişmiqyaslı etirazlara çağırır.