Gürcüstanda plastik paketlərdən istifadə qadağan edilib.
Qaynarinfo xəbər verir ki, bu növ paketlərin istehsalı, idxalı və satışına icazə verilməyəcək. Qaydanı pozan şəxslərə 500 lari (186 dollar) pul cəzası veriləcək. Qadağa 2-ci dəfə pozulsa, cərimənin məbləği 2 dəfə artırılacaq.
Qeyd edək ki, bu qaydanın tətbiqinə ötən ilin oktyabr ayından tədricən başlanılıb.