Gürcüstanda müxalifət partiyasının rəhbəri həbs edilib

Gürcüstanda müxalifət partiyasının rəhbəri həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndələri müxalif “Axali” partiyasının rəhbəri Nika Qvaramiyanı həbs ediblər.

Bu barədə Gürcüstan telekanalı “Mtavari Arkhi”  məlumat yayıb.

Qvaramiya hüquq-mühafizə orqanlarının əməkdaşları onun partiyasının ofisində axtarış apardıqdan sonra saxlanılıb.

Axtarışlardan sonra Qvaramiya hüquq-mühafizə orqanlarının əməkdaşlarının üstünə qışqırmağa başlayıb və onlar onu dəfələrlə qaydaya çağırıblar. O, onlara tabe olmaqdan imtina edib, bundan sonra əlbəyaxa dava düşüb. Polislər onu zorla maşına mindirərək naməlum istiqamətə aparıblar.

Dəniz Pənahova