Gürcüstanda müxalifət koalisiyası olan “Dəyişiklik üçün Koalisiya” parlament seçkilərinin nəticələrini tanımır və oktyabrın 27-də etiraz aksiyalarına başlayır.
Tribunainfo.az xəbər verir ki, bunu partiya liderlərindən biri olan Elene Xoştariya deyib.
“Bu seçkilər oğurlanıb, biz bunu qəbul etməyəcəyik və biz fasiləsiz etiraz aksiyalarına keçirik. Etiraz sabahdan (oktyabrın 27-dən) küçələrdə olacaq”, – deyə Xoştariya şənbə günü keçirdiyi brifinqdə bildirib.