2024-cü il yanvarın 1-dən Gürcüstanda bütün istehlakçı və qeyri-istehlakçılar üçün elektrik enerjisi tarifləri aşağı salınacaq.
Tribunainfo.az “Sputnik”ə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Enerji və Su Təchizatını Tənzimləmə Milli Komissiyasının (GNERC) bəyanatında deyilir.
Komissiyanın qərarına əsasən, Tbilisi və regionlarən əhalisi üçün elektrik enerjisinin tarifləri (həm məişət, həm də qeyri-məişət) 0,3 lari aşağı salınıb.
2024-cü il yanvarın 1-dən 101 kilovat-a qədər elektrik enerjisinin istehlak tarifi 15 tetri, 301 kilovat-a qədər isə 19 tetri olacaq. 301 kilovatdan çox elektrik enerjisi istehlak edən abonentlər üçün tarif 23,5 tetri təşkil edəcək.