“Gürcüstanda dövlət çevrilişinə cəhd gözləmək olar. Buna fəal şəkildə hazırlıq gedir”.
Musavat.com Gürcüstan mediasına istinadən xəbər verir ki, bu bəyanatla parlamentin spikeri Şalva Papuaşvili çıxış edib.
“Bir çox amillər onu göstərir ki, konstitusiyaya zidd olaraq hökumət dəyişikliyinə hazırlıq davam edir. Buna çevriliş və ya başqa bir şey deyə bilərsiniz. Bu, 2020-ci ildəki cəhdin təkrarıdır” – deyə Papuaşvili bildirib.
Qeyd edək ki, hakim “Gürcü Arzusu” partiyası hesab edir ki, müxalifət bütün ölkədə iğtişaşlar törətmək üçün seçki gününə yox, seçkidən sonrakı günə hazırlaşır.
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək.