Gürcüstanda dünyasını dəyişən azərbaycanlı tələbənin ölüm səbəbi bilindi – FOTO

Gürcüstanda dünyasını dəyişən azərbaycanlı tələbənin ölüm səbəbi bilindi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, “Sağlam Düşüncə” Gənclər Təşkilatının İdarə heyətinin üzvü Zeynəb Vəlizadə 21 yaşında vəfat edib.
Sfera.az sonxeber.az-a istinadən xəbər verir ki, hadisə Gürcüstan Respublikasında baş verib. Belə ki, xanım Vəlizadə qonşu ölkədə keçirilən təlimdə iştirak etmək üçün oraya gedib.
Ötən gün axşam saatlarında Z.Vəlizadənin vəziyyəti qəfil pisləşib və onun həyatını xilas etmək olmayıb.
Mərhumun rəfiqəsi Fidan sosial şəbəkədə Zeynəbin zəhərlənərək öldüyünü bildirib.

Qeyd edək ki, Z. Vəlizadə 1997-ci ildə Sumqayıt şəhərində anadan olub. Bakı Mühəndislik Universitetin (keçmiş “Qafqaz”) tələbəsidir.
Allah rəhmət eləsin!