Gürcüstanda ciddi islahatlar başladı – 5 nazirlik ləğv olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili hökumət strukturlarında baş verən islahatlarla bağlı brifinq keçirib.

 

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili hökumət strukturlarında baş verən islahatlarla bağlı brifinq keçirib.

XəzərXəbər Gürcüstan mətbuatına istinadən xəbər verir ki, dəyişikliklərə əsasən Ətraf Mühitin Mühafizəsi Nazirliyinin səlahiyyətində olan Təbii ehtiyatlarla idarəetmə komponenti və Energetika Nazirliyi İqtisadiyyat Nazirliyinin tərkibinə daxil olacaq. Nazirliyi Maliyyə Nazirliyinə rəhbərlik etmiş Dmitriy Kumsişvili idarə edəcək. 

İndiki iqtisadiyyat naziri Georgi Qaxariya isə daxili işlər naziri təyin edilib. O, həmçinin baş nazirin müavini vəzifəsini tutacaq. Gurcüstan “Dəmir Yolları” SC-nin sabiq sədri Mamuka Bakradze isə maliyyə naziri təyin edilib.

Fövqəladə halların idarə olunması üzrə agentliyi və Böhranların idarə olunması üzrə təhlükəsizlik şurasının yerinə Fövqəladə Halların İdarə Olunması Mərkəzi yaradılacaq. Mərkəzi indiyə qədər daxili işlər naziri olmuş Georgi Mqebrişvili idarə edəcək.

Mədəniyyət Nazirliyinin səlahiyyətinə daxil olan Gənclər üzrə İşlər İdarəsi Təhsil və Elm Nazirliyinə verilib. Təhsil naziri postunu isə Cavaxişvili adına Tbilisi dövlət universitetinin prorektoru oMixeil Çxenkeli tutacaq.