Gürcüstan prezidenti Saakaşvilini əfv etməyə hazırlaşırbackend

Gürcüstan prezidenti Saakaşvilini əfv etməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin keçmiş dövlət başçısı Mixail Saakaşvilini əfv etmək planını nəzərdən keçirir. Məlumata görə, bu qərarın arxasında Zurabişvili ilə Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası arasındakı siyasi ittifaq dayanır.

 

Bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib.

 

O, həmçinin, qeyd edib ki, bütün bunların əfvlə bağlı öz öhdəlikləri var.

 

Xatırladaq ki, 2023-cü ildə parlament Gürcüstan konstitusiyasını pozduğuna görə Zurabişvilinin impiçmentinə səs verərkən məhz Milli Hərəkat Partiyası ona dəstək olmuş və qərarın əleyhinə səs vermişdi. Bu addım Zurabişviliyə öz postunu qorumağa imkan vermişdi.

 

Mixail Saakaşvili 2004-13-cü illərdə Gürcüstana rəhbərlik edib və ölkədə bir sıra islahatlar həyata keçirib. Lakin onun hakimiyyəti dövründə müxalifətə qarşı sərt tədbirlər görülməsi və insan haqları pozuntuları ilə bağlı iddialar olub. 2013-cü ildə hakimiyyəti tərk edən Saakaşvili hazırda Gürcüstanda məhkum həyatı yaşayır.

 

Prezident Zurabişvilinin Saakaşvilini əfv etmək qərarı ölkə siyasətində ciddi dəyişikliyə səbəb ola bilər. Ekspertlər hesab edirlər ki, bu addım Gürcüstanda siyasi böhranın həllinə və ölkədəki qütbləşmənin azalmasına töhfə verə bilər.