Gürcüstan prezidenti Putinin qərarını təxribat adlandırdıbackend

Gürcüstan prezidenti Putinin qərarını təxribat adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Prezidenti Salome Zurabişvili bəyan edib ki, Rusiyanın Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi və respublika ilə hava səyahətinə qoyulan qadağanın götürülməsi barədə qərarı Ukraynadakı vəziyyətlə əlaqədar qəbuledilməzdir.

Tribunainfo.az xəbər verir ki, o, rusiyalı həmkarının qərarlarını təxribat adlandırıb.

“Rusiyanın daha bir təxribatı! Rusiya Ukraynaya təcavüzünü davam etdirdiyi və ərazilərimizi işğal etdiyi müddətdə Gürcüstana birbaşa uçuşların bərpası və viza rejiminin ləğvi qəbuledilməzdir”, – Zurabişvili özünün Tviter hesabında yazıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edən fərman imzalayıb. Putin başqa bir fərmanla 2019-cu ildən qüvvədə olan Rusiya aviaşirkətlərinin uçuşlarına və Gürcüstana turların satışına qadağa qoyulmasını ləğv edib.

Gürcüstanla viza rejimi Rusiya hakimiyyətinin qərarı ilə 2000-ci ildə tətbiq edilib. Eyni zamanda, Gürcüstan 2012-ci ildən ruslar üçün vizaları ləğv edib. Gürcüstan qanunvericiliyinə görə, Rusiya vətəndaşları ölkəyə vizasız səfər edə və respublikada bir ilədək qala bilərlər. İki ölkə arasında diplomatik əlaqələr 2008-ci ildə Rusiyanın Abxaziya və Cənubi Osetiyanı tanımasından sonra Tbilisi tərəfindən kəsilib.